Meqan Markl öz brendi olan "American Riviera Orchard"ın satışa çıxması səbəbindən tezliklə Böyük Britaniyaya qayıtmayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror"
yazıb.
Şahzadə Harrinin mayın 8-də Londondakı Müqəddəs Pavel Katedralində İnvictus Oyunlarının 10-cu ildönümünü qeyd etmək üçün çıxış edəcəyi gözlənilir. Lakin Meqan Marklın tədbirdə iştirak edib-etməyəcəyi hələ məlum deyil. Kral eksperti Tom Quinn hesab edir ki, hersoginya uşaqları ilə birlikdə Kaliforniyada qalacaq.
"Harri bilir ki, o, vaxtaşırı Böyük Britaniyaya qayıtmalı olacaq. Meqan onunla səfərdə olanda Harri həmişə özünü daha yaxşı hiss edir. Lakin Meqan tezliklə Britaniyaya səfər etməyi planlaşdırmır", deyə Quinn bildirib.
Meqan Markl hazırda bir neçə həftə əvvəl elan etdiyi yeni brendi "American Riviera Orchard" üzərində işləyir. Jurnalistlər brendin məişət əşyaları, bağ alətləri, içkilər, yeməklər və ədviyyatların satışı ilə məşğul olacağını bildiriblər. Bununla belə, hersoginya bu yaxınlarda çeşidi genişləndirmək qərarına gəlib. Brend həmçinin hamam duzları, aroma paketləri, dəri, bədən və saç baxımı məhsulları, kosmetika, diffuzorlar, aroma yağları, buxur və ev heyvanlarına qulluq məhsulları istehsal edəcək.
Aydın
Şərhlər