Xəbər lenti

İdman 13:32 25.12.2023

"Mançester Yunayted"in bir hissəsi rəsmən satıldı

İngiltərə nəhəngi "Mançester Yunayted” klubun 25 faizinin satışı üçün britaniyalı iş adamı Cim Ratklifflə razılaşma əldə olunduğunu açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, klubun səhmlərinin 25 faizini 1,25 milyard funt-sterlinqə satın alan neft-kimya şirkəti INEOS-un qurucusu Ratkliff də futbol əməliyyatlarına nəzarətdə söz sahibi olacaq.

71 yaşlı iş adamı həmçinin "Old Trafford"u investisiyalar üçün 236 milyon funt-sterlinqlə təmin edəcək.

ABŞ-dan olan Qleyzer ailəsi 2005-ci ildə klubu 790 milyon funta satın almışdı.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->