Xəbər lenti

Mançester derbisində 4 qol
İdman 21:50 03.03.2024

Mançester derbisində 4 qol

İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində "Mançester Siti” "Mançester Yunayted”i qəbul edib.

Oyunu Endrü Medlinin idarə etdiyi arbitrlər briqadası idarə edib.

Matçın 8-ci dəqiqə Markus Reşford "qırmızı şeytanlar”ı hesabda irəli çıxarsa da, bu, Erik ten Haqın yetirmələrinin oyunda yeganə uğuru olub. Qoldan sonra qonaqlar tamamilə müdafiəyə oturub, bəxtlərini ancaq kəskin olmayan əks-hücumlarda sınayıblar. 56-cı dəqiqədə Fil Foden Rodrinin dəqiq ötürməsindən sonra hesabı bərabərləşdirib. MY-yə təzyiqi artıran ev sahibləri 80-ci dəqiqədə hesabda irəli çıxıblar: Fil Foden dubla imza atıb. Əlavə edilmiş birinci dəqiqədə norveçli Erlinq Holann oyunda son nöqtəni qoyub – 3:1.

Qeyd edək ki, çempionatın 27 turundan sonra Qvardiolanın yetirmələrinin 62 xalı var. Turnir cədvəlində ikinci pillədə qərarlaşan "şəhərlilər”i "Liverpul”dan cəmi bir xal ayırır. "Mançester Yunayted” isə bu məğlubiyyətdən sonra 44 xalla 6-cı pillədə qərarlaşıb. Komanda Çempionlar Liqasına vəsiqə qazandıran ilk dördlük uğrunda mübarizə aparsa da, növbəti 11 oyunda bunu bacaracağı real görsənmir. "Mançester Yunayted”i ilk dördlükdən 11 xal ayırır.

Növbəti turda "Mançester Siti” sonuncu dəfə liqa çərçivəsində evdə iki il öncə məğlub olmuş "Liverpul”un qonağı olacaq. Tərəflər arasında sonuncu görüş sülhlə yekunlaşıb – 1:1.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->