Xəbər lenti

Malidə
Dünya 16:31 02.08.2024

Malidə "Vaqner"ə qarşı döyüşən üsyançıların arxasında Ukraynanın kölgəsi... - "Le Monde"

Malidə fəaliyyət göstərən silahlı qruplaşmalar xüsusi xidmət orqanlarından pilotsuz uçuş aparatlarının idarə edilməsi və partlayıcı maddələrlə bağlı təlim almaq üçün nümayəndələrini Ukrayna göndərib. 

Qaynarinfo xəbər verir ki, Fransanın "Le Monde” qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, təlim həm Ukrayna ərazisində, həm də Malinin Timbuktu bölgəsində keçirilib. 

Nəşr səyahət tarixlərini və ya digər təfərrüatları təqdim etmir.

"Le Monde” xəbər verir ki, təlim "Azavad xalqının müdafiəsi üçün strateji əsas” (CSP-DPA) adlı Tuareq koalisiyasının üzvləri üçün keçirilib. CSP-DPA-nın nümayənfəsi qruplaşmanın Ukrayna xüsusi xidmət orqanları ilə mübadilə apardığını təsdiqləyib. Bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin (QUR) nümayəndəsi Andrey Yusov da rəsmi olaraq təsdiqləyib. 

Qəzetin CSP-DPA-dakı mənbəsi iddia edir ki, üsyançıların "fransızlar, amerikalılar və başqaları” ilə də əlaqələri var.

Eyni zamanda, "Le Monde” qeyd edir ki, bəzi CSP-DPA liderləri Yusovun əməkdaşlıq haqqında məlumatı açıqlamasından narazıdırlar, çünki onlar Ukrayna münaqişəsinin Maliyə də genişlənməsindən qorxurlar.

Xatırladaq ki, iyulun 28-də Əlcəzairlə sərhəd yaxınlığında Tuareq üsyançıları onlarla hökumət əsgərini və "Vaqner” özəl hərbi şirkətinin onlarla muzdlusunu öldürüb və yaralayıb. Mali Baş Qərargahı itkilərini iki nəfər olaraq qiymətləndirib. Üsyançıların sözçüsü Mohamed El-Mavlud Ramadan, Mali əsgərlərinin və "Vaqner” döyüşçülərinin bəzilərinin təslim olduğunu iddia edir. Ertəsi gün rus muzdluları Malidə döyüşçülərinin öldüyünü təsdiqləyiblər. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->