Xəbər lenti

Lukaşenko yeni Baş Qərargah rəisi təyin etdi
Dünya 14:23 23.05.2024

Lukaşenko yeni Baş Qərargah rəisi təyin etdi

Belarus prezidenti Aleksandr Lukaşenko general-mayor Pavel Muraveykonu Baş Qərargah rəisi - ölkənin müdafiə nazirinin birinci müavini təyin edib. Bundan əvvəl Muraveyko Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin birinci müavini vəzifəsində çalışıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Belarus prezidentinin rəsmi saytı məlumat yayıb.

"Baş qərargah rəisinin müəyyən müstəqilliyi var. Müəyyən hərbi fəaliyyətlərin planlaşdırılması və həyata keçirilməsində bilavasitə iştirak edir. Müdafiə naziri ilə Baş Qərargah rəisi arasında çox incə bir xətt var”, - Aleksandr Lukaşenko bildirib. 

Xatırladaq ki, 2021-ci ilin mart ayından Belarus Baş Qərargahının rəisi Viktor Quleviç olub. Mayın 10-da Aleksandr Lukaşenko onun vəzifədən azad edilməsi haqqında fərman imzalayıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->