Belarus prezidenti Aleksandr Lukaşenko Xarici İşlər Nazirliyinin yeni rəhbəri Maksim Rıjenkova nazirliyin yaxşı işləməsi üçün onu "silkələmək" barədə göstəriş verib.
Qaynarinfo bu barədə BELTA-ya istinadən xəbər verir.
"Sən sərt, tələbkar insansan. XİN-i özünə gətirmək lazımdır. Mən açıq dildə danışıram: Xarici İşlər Nazirliyini silkələmək lazımdır ki, işə başlasın", deyə Lukaşenko diplomatik departamentə yeni rəhbər təyin edərkən bildirib.
Bundan əlavə, prezident Rıjenkova XİN-in öz məsələləri ilə məşğul olmasını və ölkə üçün həyata keçirməli olduğu işləri həyata keçirməsini təmin etməyi tapşırıb.
Lukaşenko qeyd edib ki, heç kim naziri və nazirliyi əvəz etməməli və ya əyməməlidir.
İyunun 27-də Aleksandr Lukaşenko Maksim Rıjenkovu respublikanın xarici işlər naziri təyin edib. Rıjenkov buna qədər prezident administrasiyası rəhbərinin birinci müavini vəzifəsində çalışıb.
Aydın
Şərhlər