Mirmahmud Mirəlioğlunun sədrlikdən istefası bir daha gündəmə gəlməməklə partiyanın gündəmindən çıxıb.
Bunu Qaynarinfo-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) təşkilat məsələləri üzə sədr müavini Elşən Həşimov deyib.
O, bunun partiyanın Ali Məclisinin qərarı olduğunu bildirib:
"Keçirilən növbədənkənar parlament seçkilərdən sonra partiya üzvlərindən kimsə istefa verməyib. Heç bir istefadan söhbət gedə bilməz. Əslində Azərbaycanda özünü müxalifət hesab edən partiyalar demokratik seçki islahatları uğrunda birlikdə mübarizə aparmalıdır".
Qeyd edək ki, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu istefa verəcəyini deyib: "Bütün məsələlərlə bağlı məsuliyyəti birinci şəxs - sədr daşıyır. Bu A variantımızdır. Təbii ki, istefa vermək, özü də istəlinən yerdə və istəlinən zamanda mümkündür".
Lakin sentyabrın 15-də Mirmahmud Mirəlioğlunun təşəbbusu ilə çağırılmış partiyanın Ali Məclisinin sessiyası sədrin istefasını qəbul etməyib.
Bahar Rüstəmli
Şərhlər