Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıq barədə danışıb.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, hazırda səfərə hazırlıq gedir, lakin dəqiq tarixlər hələ razılaşdırılmayıb.
Avqustun əvvəlində bildirilib ki, Ankara Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin yaxın vaxtlarda baş tutacağını gözləyir və Rusiya liderinin səfərinin tarixləri razılaşdırılır.
Avqustun 1-də Peskov Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixlərinin diplomatik kanallarla razılaşdırılmalı olduğunu deyib.
Kreml nümayəndəsinin sözlərinə görə, Rusiya liderinin bu səfəri "uzun müddətdir” hazırlanıb və indi nəhayət, tarixləri müəyyən etmək qalır.
İyulun 25-də Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə fəal hazırlıq gedir. Lakin dövlət başçısının nümayəndəsinin sözlərinə görə, səfərin dəqiq tarixi hələ müəyyən edilməyib.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarını şəxsən Ankaraya dəvət edib. Bu, iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qazaxıstanda keçirilən sammiti çərçivəsində onların görüşü zamanı baş verib.
Alpər
Şərhlər