Xəbər lenti

Kreml Putinin Monqolustana səfəri zamanı həbsindən qorxmur - Peskov
Dünya 18:02 30.08.2024

Kreml Putinin Monqolustana səfəri zamanı həbsindən qorxmur - Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıyan Monqolustana səfərindən narahat deyil.

Qaynarinfo xəbər verir ki, bubarədə RİA Novosti yazıb.

Putinin BCM-nin həbsinə dair orderlə bağlı Monqolustan hakimiyyəti ilə danışıqların olub-olmaması haqda sualı cavablandıran Peskov belə cavab verib: "Əlbəttə, səfərin bütün aspektləri diqqətlə hazırlanıb”.

O, həmçinin Kremlin "Monqolustandan olan dostlarla əla dialoqu” olduğuna əmin edib.

Xatırladaq ki, Vladimir Putin sentyabrın 3-də Monqolustana gedəcək. Bu, onun 2023-cü ilin martında, məhkəmənin Rusiya prezidentinin həbsinə order verdiyi vaxtdan bəri Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Roma Əsasnaməsini imzalayan ölkəyə ilk səfəri olacaq.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->