Rusiya prezidenti Vladimir Putinin geyimdə rus markalarına üstünlük verir.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya prezidentinin rəsmi mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
Ötən gün Putin Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitindən onun "kostyumçusu” haqda soruşub. Nijni Novqorod vilayətinin qubernatoru, kostyumda etiketin olmadığını, dediyinə görə, "yerli parçalardan” tikildiyini bildirib.
Jurnalistin Putinin geyimdə rus və belorus markalarına üstünlük verib-vermədiyini sualına Peskov cavab verib ki, Rusiya prezidenti aktiv şəkildə rus istehsalına müraciət edir.
"Prezident, yerli istehsaldan çox aktiv şəkildə istifadə edir. Xüsusən, son iki ildə bizim dizaynerlərin istehsalı əhəmiyyətli dərəcədə artıb. Putin tez-tez bizim istehsalçıları dəstəkləyir”, deyə Peskov bildirib.
Alpər
Şərhlər