Xəbər lenti

“Kreml dünyanı nüvə silahı ilə təhdid edir” - Ekspert
Dünya 15:30 14.06.2023

“Kreml dünyanı nüvə silahı ilə təhdid edir” - Ekspert

"Nüvə zərbəsi endirilməsi təklifləri Rusiyanın çarəsizliyinin göstəricisidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiyanın xarici siyasət məsələləri üzrə eksperti Sergey Karaqanovun Aİ ölkələrinə qabaqlayıcı nüvə zərbəsi endirməklə bağlı səsləndirdiyi fikri şərh edərkən deyib.
 
"Dünyanın ikinci dövləti bu qədər gücü, imkanları varsa, nədən nüvə silahından istifadə etməlidir? Rusiyanın öz ərazisinə hər hansı bir dövlət hücum etməyib ki, nüvə silahından istifadə məsələsi gündəmə gətirilsin. Rusiya özünün bu sayaq siyasətilə dünyada özünü pis vəziyyətə qoyub. Ona görə də bu kimi sərsəm təkliflərdə bulunurlar. Ağılsız, mənasəz və yerində olmayan təklifdir. Bu təklif Rusiyanın ziyanına işləyəcək. Son zamanlar Rusiya siyasiləri və ekspertləri absurd təkliflər səsləndirirlər. Özləri də bilir ki, nüvə zərbəsi birinci növbədə Rusiyanın özünü fəlakətə sürükləyəcək. Belə bir addım mümkün olsaydı, real vəziyyətdən dolayısı Rusiyanın hazırkı rəhbərliyi çoxdan bu addımı atardı. Putin buna getmirsə, sadəcə bəzilərinin belə fikirləri səsləndirməsi qeyri-ciddi görünür. 2022-ci ilin fevralına qədər Rusiya üçün hər hansı bir təhlükə yox idi. İndi isə bu təhlükə Moskva üçün ona görə yaranıb ki, Rusiya suveren bir ölkənin ərazisinin bir hissəsini işğal edib. Rusiyanın nüvə silahından istifadə edəcəyini real görmürəm”, - deyə Ü.Cəfərov bildirib.

Qeyd edək ki, Rusiyanın xarici siyasət üzrə ən nüfuzlu ekspertlərdən biri Sergey Karaqanov Aİ ölkələrinə qabaqlayıcı nüvə zərbəsi endirməyi təklif edib. O, nüvə təhdidləri və ya nüvə bombasından istifadə etməklə "Qərbin iradəsini qırmağa” çağırıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->