Xəbər lenti

Kreml ABŞ-la nüvə silahı ilə bağlı mümkün danışıqları şərh etdi
Dünya 17:32 14.10.2024

Kreml ABŞ-la nüvə silahı ilə bağlı mümkün danışıqları şərh etdi

Rusiya təhlükəsizlik məsələlərində təmasların zəruriliyini anlayır, lakin indiki vəziyyətdə nüvə silahı ilə bağlı ABŞ-la danışıqlar apara bilmir. 

Qaynarinfo xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.

Peskovdan Rusiya Federasiyasının digər ölkələrlə, o cümlədən ABŞ-la nüvə potensialının azaldılması ilə bağlı danışıqlar apara biləcəyi sualı verilib.

Kreml nümayəndəsi cavab verib ki, ABŞ, Böyük Britaniya və Fransanın birbaşa və dolayı iştirakı ilə Rusiya Federasiyasına qarşı aparılan "müharibə şəraitində” bu barədə danışmaq qətiyyən mümkün deyil.

"Rusiya bu cür təmasları zəruri hesab edir və onu ikinci plana qoymaq olmaz. Amma biz mövcud vəziyyəti nəzərə alaraq bütün təhlükəsizlik məsələlərini kompleks şəkildə nəzərdən keçirməliyik”, - o deyib.

ABŞ prezidenti Co Bayden bəyan edib ki, Vaşinqton Rusiya, Çin və Şimali Koreya ilə ilkin şərt olmadan nüvə silahlarının azaldılması ilə bağlı danışıqlara hazırdır. Amerika lideri qeyd edib ki, dünya nüvə silahından imtina məsələsində irəliləyiş əldə etməyə davam etməlidir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->