Xəbər lenti

Kral III Çarlz dövlət işlərinə qayıtdı
Dünya 16:09 30.04.2024

Kral III Çarlz dövlət işlərinə qayıtdı

Böyük Britaniya kralı III Çarlz xərçəng diaqnozu qoyulandan sonra ilk dəfə dövlət vəzifələrinə qayıdıb.

Qaynarinfo xəbər verir ki, bu barədə yerli "Sky News" telekanalı məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, aprelin 30-da monarx Universitet Kolleci Xəstəxanasında yerləşən Makmillan Xərçəng Mərkəzinə gəlib. Eyni zamanda onun İngiltərə Xərçəng Araşdırması xeyriyyə təşkilatının himayədarına çevrildiyi açıqlanıb.

Materialda qeyd olunur ki, III Çarlz onkoloji mərkəzə səfəri çərçivəsində xəstələr və onların yaxınları ilə görüşlər keçirmək niyyətindədir. Vətəndaşlar ərini bu tədbirə müşayiət edən Kraliça Kamilla ilə də ünsiyyət qurmaq imkanı əldə edəcəklər.

Eyni zamanda, məqalə müəllifləri mənbələrə istinadən monarxın xərçəng müalicəsinin hələ başa çatmadığını vurğulayıblar. Buna baxmayaraq, həkimlər onun səhhətinin yaxşılaşdığını qeyd edərək, bir sıra ictimai işlərə qayıtmağa imkan veriblər.

"Gələcək görüşlər Əlahəzrətin sağalmasının davam etməsi üçün riskləri minimuma endirməyə lazım olduqda uyğunlaşdırılacaq", deyə Bukingem Sarayının adı açıqlanmayan sözçüsü bildirib.

Fevralın 5-də Britaniya kralına xərçəng diaqnozu qoyulduğuna dair məlumatlar ortaya çıxıb. III Çarlz dərhal müalicəyə başlayıb, bu müddət ərzində həkimlər ona ictimai tədbirlərdə iştirakdan imtina etməyi tövsiyə edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->