Xəbər lenti

Konqoda leysan yağışları 120 nəfərin həyatına son qoydu (VİDEO)
Dünya 18:09 14.12.2022

Konqoda leysan yağışları 120 nəfərin həyatına son qoydu (VİDEO)

Kinşasada güclü yağışlar 120 nəfərin həyatına son qoyub. 

Bu barədə Qaynarinfo Reuters agentliyinə istinadən xəbər verir.

Bir qədər əvvəl Konqo mediası 100-ə yaxın qurban haqqında məlumat vermişdi.

Qeyd olunur ki, yağışlar nəticəsində yaranan daşqınlar və torpaq sürüşmələri nəticəsində əhalisi 15 milyondan çox olan metropolun bütün məhəllələri su altında qalıb, evlər və yollar dağılıb.

Hakimiyyət Kinşasa əhalisini şəhər küçələri ilə hərəkət edərkən diqqətli və sayıq olmağa çağırıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->