İngiltərədə 6 keçmiş polis zabiti "WhatsApp" vasitəsilə irqçi mesajlar göndərdiklərinə görə qısa müddətə şərti cəzaya və ictimai işlərə cəlb edilib.
Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, bu mesajlara şahzadə Diana, şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl kimi şəxsiyyətlər daxildir.
Müttəhimlər əvvəllər London polisində müxtəlif vəzifələrdə çalışıb, parlamentarilərin və diplomatların müdafiəsi bölməsində xidmət ediblər. Onların hamısı 2001-2015-ci illər arasında təqaüdə çıxıblar və irqçi mesajların mübadiləsi zamanı artıq xidmətdə olmayıblar.
Cümə axşamı günü 6 keçmiş polisin hamısına 6 həftədən 14 həftəyə qədər şərti həbs cəzası verilib. Onların hər birinə 100 saatdan 200 saata qədər ictimai işlər də təyin edilib.
Bütün müttəhimlər ictimai elektron rabitə şəbəkəsindən qeyri-qanuni istifadədə ittiham olunublar.
Aydın
Şərhlər