Kaliforniya hakimiyyəti dəniz aslanlarının (qulaqlı suitilər) işğalı səbəbindən yerli çimərliklərdən birini bağlayıb.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.
Yüzlərlə dəniz aslanının Montereydəki San Karlos çimərliyinə köç etməyə başladığı bildirilir. Heyvanların zəbt etdiyi ərazi xəbərdarlıq lenti ilə hasarlanıb, lakin insanlar hələ də bura qulaqlı suitilərin qumda və suda oynayarkən şəklini çəkmək üçün gəlirlər. Eyni zamanda, ABŞ-da dəniz məməlilərinin mühafizəsi haqqında qanun var ki, ona görə də insanların onlara çox yaxınlaşması və onları qaçmağa təhrik etməsi qadağandır.
Kaliforniyalılar yerli çimərliklərdə heç vaxt bu qədər dəniz aslanı görmədiklərini deyirlər. Monterey Körfəzi Milli Dəniz Qoruğunun bioloqunun sözlərinə görə, onların San Karlos çimərliyində üç-dörd həftə qalması gözlənilir. Heyvanların niyə məhz bu yeri seçdiyi bəlli deyil, lakin ekspertlər onları qida ehtiyatının müxtəlifliyi ilə cəlb edə biləcəyini düşünürlər.
Aydın
Şərhlər