Çeçenistanın rəhbəri Ramzan Kadırov Çeçenistanda musiqi əsərləri üçün temp tələblərini təsdiqləyib və bu, regiondakı musiqi qruplarının ifası üçün tempi dəqiqədə 80-dən 116 vuruşa qədər məhdudlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Qroznı-İnform" portalı Çeçenistanın mədəniyyət naziri Musa Dadayevə istinadən məlumat
yayıb.
"O, Çeçenistan Respublikasının rəhbəri Ramzan Axmatoviç Kadırovla razılaşdırılmış yekun qərarı elan etdi ki, bundan sonra bütün musiqi, vokal və xoreoqrafik əsərlər dəqiqədə 80-dən 116 vuruşa qədər tempə uyğun olmalıdır", deyə Dadayev bildirib.
Çeçenistan Mədəniyyət Nazirliyinin rəhbərinin sözlərinə görə, bu qərar yerli qrupların ifa etdiyi musiqinin Çeçen mentalitetinə və musiqi ritminə uyğun olmasını təmin etmək üçün verilib.
"Çeçenlərin musiqi mədəniyyəti temp və metodologiya baxımından müxtəlif idi. Biz xalqa və övladlarımızın gələcəyinə çeçen xalqının mədəni irsini - adət-ənənələrini, adət-ənənələrimizi, adətlərimizi, noxçallamızı - bütün mənəvi, əxlaqi və etik həyat standartlarını əhatə edən çeçen xarakterinin xüsusiyyətlərini çatdırmalıyıq", deyə Dadayev əlavə edib.
Aydın
Şərhlər