Xəbər lenti

Jurnalist Cəmil Məmmədli həbs edildi
Ölkə 12:57 24.08.2023

Jurnalist Cəmil Məmmədli həbs edildi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə jurnalist Cəmil Məmmədli barəsindəki cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib. 

Qaynarinfo xəbər verir ki, iclasda tərəflərin anket məlumatları dəqqiləşdirilib. 

Daha sonra dövlət ittihamçısı istintaq müddətində Cəmil Məmmədli barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbrinin həbs qətimkan tədbiri ilə əvəzlənməsini istəyib. 

İş üzrə zərərçəkmiş qismində tanınan Gülnarə Həbibova və Fuad Həbibov dövlət ittihamçısının vəsatətini müdafiə edib. Həmçinin məlum olub ki, adıçəkilən zərərçəkənlərin vəkili Cavad Cavadov da Cəmil Məmmədli barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət qaldırıb. 

Cəmil Məmmədlinin vəkili Fariz Namazlı isə vəsatətin əsassız olduğunu deyərək təmin olunmamasını xahiş edib.

Lakin hakim Fəhmin Hümbətov vəsatəti təmin edib və Cəmil Məmmədli məhkəmə zalından həbs olunub. 

Onun vəkili Fariz Namazlı Qaynarinfo-ya açıqlamasında həbs qərarırının əsassız olduğunu deyib? "Qarşı tərəf iddia edir ki, Cəmil Məmmədli sosial şəbəkələr vasitəsi ilə zərərçəkənlərə təsir edir. Lakin buna dair heç bir sübut yoxdur. Zərərçəkənlərin bir neçəsi iclasa gəlməyib. Cəmil Məmmədlinin onlara təsir göstərməsi barədə hər hansı açıqlamaları yoxdur və s. Hesab edirəm ki, bütün bunlar nəzərə alınmalı idi”.

Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur. 

Cəmil Məmmədli bu ittihamları qəbul etmir və barəsindəki cinayət işinin qondarma olduğunu deyir.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->