Xəbər lenti

İtaliya polisi rus hakerlərin
Dünya 19:25 15.05.2022

İtaliya polisi rus hakerlərin "Avroviziya"ya hücmunun qarşısını alıb

Mayın 10-u və 14-də İtaliyanın Turin şəhərində keçirilən "Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinal və finalında İtaliya polisi Rusiyapərəst qrupların haker hücumlarının qarşısını alıb.
 
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bu barədə bazar günü İtaliya polisindən bildirilib.
 
Belə ki, tamaşaçıların səsverməsi və "Avroviziya” iştirakçılarının çıxışları zamanı İtaliya polisinin kibertəhlükəsizlik şöbəsi "Killnet" haker qrupu və onun "Legion" filialı tərəfindən şəbəkə infrastrukturuna bir neçə kiberhücumların qarşısını alıb.
 
Polis digər kritik hadisələrin qarşısını almaq üçün Rusiyayönümlü qrupun "Telegram" kanallarından da məlumat toplayıb və hücumların coğrafi yerini müəyyənləşdirib.

Mayın 14-də, şənbə günü axşam, səsvermə başlamazdan əvvəl "Legion" qrupunu əlaqələndirən "Telegram" kanalında "Avroviziya” mahnı müsabiqəsinin serverinə DDOS hücumu koordinasiya edilb, hücum cəmi 13 dəqiqə davam edib. Bundan sonra koordinatorlar heç bir izahat vermədən hücumu dayandırmaq göstərişi veriblər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->