Xəbər lenti

İsmayıllıda torpaq sürüşməsi - Bir neçə ev təhlükəli vəziyyətlə üzləşdi
Ölkə 22:21 23.06.2024

İsmayıllıda torpaq sürüşməsi - Bir neçə ev təhlükəli vəziyyətlə üzləşdi

İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi olub.

Torpaq sürüşməsi nəticəsində bir neçə fərdi yaşayış evi təhlükəli vəziyyətlə üzləşib.

Buna səbəb son zamanlar Şimal-qərb bölgəsində aramsız yağan yağışların sürüşmə zolaqlarını aktivləşdirməsi olub. Leysandan əsasən dağətəyi ərazilərdə olan evlər zərər çəkib.

Sakinlərin sözlərinə görə, torpaq sürüşməsi bir-iki gün davam etsə, kənddə yaşamaq mumkün olmayacaq. Bundan başqa, dağlardan sel suları ilə gələn gil qatı həyətyanı sahələrdə də bir sıra çətinliklər yaradıb.

Məsələ ilə bağlı Qoydan kənd icra nümayəndəsi Vüqar Bəşirov bildirib ki, aidiyyəti qurumların nümayəndələri əraziyə baxış keçiriblər:

"Şəkillər çəkilib, koordinatlar götürülüb. Layihə smeta sənədlərinin hazırlanması işləri davam etdirilir. Yaxın gələcəkdə həmin ərazidə yaşayan insanların təlukəsizliyinin qorunması ücün lazımı addımlar atılacaq".//Report

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->