İranın xarici işlər nazirli Hüseyn Əmir Abdullahiyan Qətərdə HƏMAS lideri ilə görüş keçirəcək.
Qaynarinfo bu barədə İRNA xəbər agentliyinə istinadən xəbər veriv.
Hüseyn Əmir Abdullahiyan Qətərin paytaxtı Dohada yerləşən HƏMAS Siyasi Bürosunun qərargahında radikal hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüş üçün bu ölkəyə yollanıb.
Görüşün təfərrüatları barədə məlumat verilmir, lakin nazirin Dohaya gəlməzdən əvvəl Bağdad, Beyrut və Dəməşqə səfər etdiyi məlumdur. İranın xarici işlər naziri Livanın paytaxtı Beyrutda şiə "Hizbullah"ın lideri Şeyx Həsən Nəsrullah ilə görüşüb.
"Hizbullah" İsrailin bölgədəki əsas rəqiblərindən biridir.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəhbəri "Hizbullah" qruplaşmasının İsraillə münaqişədə HƏMAS-ın yanında yer ala biləcəyini bildirmişdi.
Aydın
Şərhlər