Xəbər lenti

İranda 4 azərbaycanlı vəkilə 9 aylıq cəza - Molla rejimi repressiyaları davam etdirir
Ölkə 18:47 23.12.2022

İranda 4 azərbaycanlı vəkilə 9 aylıq cəza - Molla rejimi repressiyaları davam etdirir

İranda həbs edilən vəkillər Negin Kəyani, Sina Yusifi, Amir Mehdipur və Qasım Bodiyə qarşı "hakimiyyət əleyhinə təbliğat” və "məhkəmə səlahiyyətlilərinə təsir etmə” ittihamları irəli sürülüb. 

Bu barədə Qaynarinfo-ya iranlı fəallar məlumat verib. 



Məlumata görə, Negin Kəyani, Sina Yusifi, Amir Mehdipur və Qasım Bodi bu ittihamlarla hər biri 9 ay 1 gün azadlıqdan məhrum edilib. Eyni zamanda onların 2 il müddətinə İrandan çıxışına qadağa qoyulub. 

Adıçəkilən vəkillər Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. 

Negin Kəyani Təbrizdə keçirilən aksiyalarda iştirak etdiyinə görə həbs edilib. Sina Yusifi isə hakimiyyətin repressiyaları barədə açıqlamalarına görə saxlanılıb. O, 22 yaşlı Məhsa Əminin ölümü ilə bağlı keçirilən aksiyalarda 17 000 nəfərin həbs edildiyini bildirmişdi.



Digər vəkillər də hakimiyyətin repressiv siyasətinə qarşı çıxdıqlarına, həbs edilənlərin müdafiəsini təşkil etdiklərinə görə teokratik rejimin hədəfinə gəlib. 

Sina Yusifi və Qasim Bodi Təbrizdəki həbsxanada aclıq aksiyası keçirəndən sonra girov müqabilində azadlığa buraxılmışdılar. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->