"Hüseyn Əmir Abdullahianın təcili İrəvana gəlişi Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin gələcək taleyi ilə bağlıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri İran XİN rəhbəri Hüseyn Əmir Abdullahianın Ermənistana işgüzar səfərini şərh edərkən deyib.
Politoloq bildirib ki, İran xarici işlər naziri İrəvana səfərdən öncə Türkiyə, Azərbaycan və Rusiya XİN rəhbərlərilə də danışıb:
"Bu faktın özü də göstərir ki, Abdullahianın Ermənistan səfəri bilavasitə regionla bağlı məsələdir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının yekun mərhələdə olduğu bəllidir. Düşünürəm ki, İran məhz bununla bağlı olaraq dərhal hərəkətə keçib. Sərhədlərin delimitasiya və demarkasiya prinsipi gələcək müzakirə predmeti olaraq sülh müqaviləsindən kənarda saxlanılırsa, deməli sülhün imzalanması məsələsi yaxındadır. Yalnız iki əsas prinsipial məsələ qalır, bunlar ərazi bütövlüyünün qarşılıqlı tanınması və kommunikasiyaların açılmasıdır.
Bu kontekstdə Tehranı narahat edən məsələ kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin gələcək taleyi, hansı statusda açılmasıdır. Abdullahianın təcili olaraq İrəvana səfəri də fikrimcə, bilavasitə bununla bağlıdır. Sankt-Peterburqda keçirilən Avrasiya İqtisadi İttifaqının sammitində İranın bu qurumla azad ticarətlə bağlı müqaviləsi təsdiqləndi. İranın Aİİ ilə yeganə quru sərhədi isə yalnız Ermənistanladır. Ermənsitanın bu quruma ratasiya ilə sədrliyi həyəta keçirəcəyini nəzərə alsaq, düşünürəm ki, görüşdə ikinci əsas məsələ bu xüsusda olacaq".
Rüfət Sultan
Şərhlər