Xəbər lenti

İradə Zeynalova diplomatik karyerası ilə bağlı planlarını açıqladı
Dünya 16:44 14.09.2024

İradə Zeynalova diplomatik karyerası ilə bağlı planlarını açıqladı

Jurnalist və teleaparıcı İradə Zeynalova ötən gün təyin olunduğu Mavrikidə səfir kimi Rusiyanın maraqlarını təmsil edəcəyinə söz verib. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə Mk.ru saytına müsahibəsində bildirib.

"Ümid edirəm ki, tələbə və mədəni mübadilələrimiz olacaq. Görək orada turizmi necə inkişaf etdirmək olar. Bizim danışmağa, ticarət etməyə bir şeyimiz var və bir-birimizə kifayət qədər maraqlıyıq. Bu maraqlı çağırışdır", deyə Zeynalova bildirib.

Diplomat əlavə edib ki, işin miqyası o, birbaşa adaya gələndə tam başa düşüləcək.

Qeyd edək ki, Zeynalova bu il Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib. Teleaparıcı NTV-də "Həftənin nəticələri" verilişinin müəllifi və aparıcısı (2016-cı ildən), NTV televiziya şirkətinin İnformasiya Direktorluğunun informasiya-əyləncə proqramları baş redaksiyasının bədii rəhbəridir.

Bundan əvvəl o, Birinci Kanalda "Vremya" proqramının bazar buraxılışının aparıcısı olub, Birinci Kanalın Böyük Britaniya və İsraildəki müxbir bürolarının rəhbəri kimi fəaliyyət göstərib. 2021-ci ildə Zeynalova "təbliğat fəaliyyətinə" görə Ukraynanın sanksiya siyahısına daxil edilib.

Mavriki Afrikada yerləşən ada dövlətidir. Hind okeanında, Afrikaya aid edilən Madaqaskar adasından 700 km şərqdə yerləşir. Ölkənin coğrafi və hərbi strateji mövqeyi çox əlverişlidir. Çünki ada Afrikadan Hindistana, Cənub-Şərqi Asiya ölkələrinə və Avstraliyaya gedən beynəlxalq dəniz və hava yolları üzərindədir. Ölkənin paytaxtı Port Luizdir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->