Xəbər lenti

İdman tarixinin ən çox maaş alan idmançıları - Messi
İdman 12:18 09.03.2024

İdman tarixinin ən çox maaş alan idmançıları - Messi "5-liy"ə düşmədi (SİYAHI)

"Sportico" idman tarixinin ən çox maaş alan idmançılarının yenilənmiş reytinqini dərc edib. 

Qaynarinfo xəbər verir ki, siyahı ilə nəşrin saytında yayımlanıb.

Hesablamalarda inflyasiya nəzərə alınmaqla, əmək haqqı, mükafatlar, pul mükafatları, habelə idmançıların karyerası ərzində və onun sonunda idmanla bağlı fəaliyyətlərdən əldə etdikləri gəlirlər nəzərə alınıb.

MABŞ illi Basketbol Assosiasiyasının (NBA) altıqat çempionu Maykl Cordan 3,75 milyard dollar qazanaraq reytinqdə birinci yeri tutub. İkinci yerdə qolfçu Tiqer Vuds (2,66 milyard), üçüncü yerdə isə futbolçu Kriştiano Ronaldo (1,92 milyard) qərarlaşıb.

Növbəti yerləri aşağıdakı idmançılar tutur:

4. Qolfçu Arnold Palmer - 1,76 milyard
5. Basketbolçu LeBron Ceyms - 1,7 milyard
6. Qolfçu Cek Niklaus - 1,67 milyard
7. Futbolçu Lionel Messi - 1,67 milyard
8. Futbolçu Devid Bekhem - 1,5 milyard
9. Tennisçi Rocer Federer - 1,49 milyard
10. Boksçu Floyd Meyvezer - 1,48 milyard

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->