Hacıqabul şəhəri, H.Əliyev prospektində sərxoş halda yolu bağlayan şəxslər həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1990-cı il təvəllüdlü Cavid (şərti ad) və qonşusu Habil (şərti ad) birlikdə sərxoş halda şəhərin H.Əliyev prospektində yüksək səslə qışqıraraq səs-küy salıb, küçədə yolu bağlayıb və avtomobillərin təkərlərinə təpiklər vurublar.
Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində onların hər biri 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Əhməd
Şərhlər