Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.
Qaynarinfo-nun məlumatına görə, "Ferrari" pilotu Şarl Lekler ən yaxşı nəticəni göstərib.
"Red Bull"dan Serxio Peres ikinci, "Mercedes"dən Lyuis Hemilton üçüncü olub.
İlk test yürüşündə "Red Bull" pilotu Maks Ferstappen birinci yeri tutub.
"Formula 2"də sərbəst yürüşdə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda isə "Trident" komandasından Rixard Versxor fərqləniblər.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
Şərhlər