Sahibkarlar üçün hər dəqiqə qızıldır. "Yelo Bank" ASC onların zamanının dəyərini düşünərək "Mobil POS" xidmətinə qoşulmanı onlayn etdi. Artıq Bankın müştəriləri "Yelo App" vasitəsilə filiala gəlmədən Mobil POS xidmətini sifariş edə biləcəklər. Bunun üçün "Yelo App"in biznes hesabında "Əlavə” menyusundakı "Mobil POS”a klikləyərək istifadəçi və təsərrüfat subyekti haqqında məlumatlar doldurulmalıdır.
Müraciət bir dəqiqə ərzində yoxlanılır və qeydə alınır. Maks. 3 iş günü içində xidmətin aktivləşməsi ilə bağlı müştəriyə SMS bildiriş göndərilir. Bundan sonra xidməti istifadə etmək üçün ödəniş qəbul ediləcək Android smartfonuna "tapXphone” və "Yelo Mobil POS” tətbiqlərini yükləmək kifayətdir.
Yelo Mobil POS, ənənəvi POS terminalları əvəz edərək smartfon vasitəsilə ödəniş almağa imkan verən unikal xidmətdir. Xidmətin digər üstünlükləri:
• Qoşulma pulsuzdur,
• Heç bir dövriyyə tələbi yoxdur,
• Hesabın açılması üçün xidməthaqqı alınmır,
• Sahibkara biznes kartı hədiyyə edilir,
• Biznes kartdan və cari hesabdan nağdlaşdırma zamanı bank komissiyası tutulmur.
Müştəri məmnuniyyəti biznesinizin yüksəlişi deməkdir. Siz də "Yelo Mobil POS"a qoşulun, çevik və mobil xidmətdən zövq alın.
"Yelo Bank" – Parlaq bankçılıq!
Şərhlər