Xəbər lenti

Fatih Terim bu mükafatı alan ilk türk məşqçi oldu
İdman 14:47 22.12.2022

Fatih Terim bu mükafatı alan ilk türk məşqçi oldu

"Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim Monako Knyazlığının təşkil etdiyi "Qızıl Ayaq" mükafatlandırma mərasimində əfsanələr arasına daxil edilib.

Qaynarinfo-nun məlumatına görə Monte Karlodakı Grimaldi Forumu tərəfindən keçirilən, 2003-cü ildən karyerasını davam etdirən 28 yaşdan yuxarı futbolçulara verilən mükafat növbəti dəfə sahibini tapıb. 

"Qalatasaray"da UEFA Kuboku və 8 ölkə çempionluğu qazanan, 2008-ci ildə Türkiyə millisini Avropada 3-cüsü edən mütəxəssis sözügedən mükafatı alan ilk türk məşqçi olub.

Futbolçulardan isə bu mükafata "Barselona”nın polşalı hücumçusu Robert Levandovski layiq görülüb.

Mərasimdən əvvəl "Qızıl Ayaq Əfsanələri" siyahısına daxil olan Terimin və keçmiş ulduz futbolçular Xuan Sebastian Veron və Emilio Butraguenonun ayaq izləri çəkilib. 69 yaşlı Terimin ayaq izi Monako Knyazlığının məşhur "Çempionlar Yolu" muzeyində yerləşdiriləcək.

"Qızıl Ayaq Əfsanələri” mükafatını alanlar arasında Pele, Dieqo Armando Maradona, Eysebio, Corc Best, Ferents Puşkaş, Gerd Müller, Alfredo Di Stefano, Karl-Haynz Rummenigge, Frants Bekkenbauer, Erik Kantona, Zinəddin Zidan kimi adlar var. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->