Kanadalı rejissor Daniel Roerin rejissoru olduğu Navalnı "Ən yaxşı sənədli film" nominasiyasında Oskar qazanıb.
Qaynarinfo "İnterfaks”a istinadla
xəbər verir ki, bu barədə Los-Ancelesdə (Kaliforniya) keçirilən 95-ci "Oskar” mükafatlandırma mərasimində məlumat verilib.
Film Aleksey Navalnının 2020-ci ilin yayından, zəhərlənmə nəticəsində xəstəxanaya yerləşdirilməsindən sonrakı həyatından bəhs edir.
Digər namizədlər arasında "Sevgi atəşi” (Sara Dosa), "Nəfəs alan hər şey” (rejissor Şonak Sen), "Bütün gözəllik və qan” (Laura Poitras) və "Qəlpələrdən ev” (Simon Lerenq Vilmont) filmləri olub.
95-ci Akademiya Mükafatlarının təqdimetmə mərasimi Kaliforniya ştatının Los-Anceles şəhərindəki Dolby Teatrında keçirilir.
Alpər
Şərhlər