"Ad günümdə həmin paltarı geyindim ki, Kübra xanımın ürəyi şad olsun".
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Firuzə İbadova Əməkdar artist Kübra Əliyevanın ona hədiyyə etdiyi 450 manatlıq paltardan danışarkən deyib.
Müğənni bu günə kimi həmin paltarı geyinmədiyini bildirib:
"Əzizləyib qorumuşam. Bunun səbəbi paltarın Şövkət xanımın adı ilə bağlı olmasıdır. Onu Kübra xanım mənə hədiyyə etdi. Göz bəbəyim kimi qoruyuram. Kübra xanıma çox sağ ol deyirəm ki, mənə belə gözəl hədiyyə edib".
Qeyd edək ki, Əməkdar artist Kübra Əliyeva Əməkdar artist Firuzə İbadovaya illər öncə paltar hədiyyə edib. Paltarın qiyməti 450 manatdır.
Bahar Rüstəmli
Şərhlər