Xəbər lenti

Əməkdar artist səhhətindən danışdı:
Maqazin 15:21 01.04.2024

Əməkdar artist səhhətindən danışdı: "Kaş sosial şəbəkələr bağlanaydı"

"Hər şey normaldır. Səhhətim qaydasına düşüb".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Firuzə İbadova deyib. 

Müğənni səhhətinin qəfildən pisləşməsində sosial şəbəkə istifadəçilərini ittiham edib:

"Sosial şəbəkələr insanların əsəbləri ilə oynayır, lazımsız sözlər yazırlar. Fikirləşmirlər ki, bir insanın abrı və eyni zamanda utanc damarı böyük ola bilər. Mənim üçün narahat olan insanlara deyirəm ki, hər şey qaydasındadır. Kaş ki, sosial şəbəkələr bağlanaydı. Mən qalmaqaldan uzaq bir adamam, heç kəslə işim yoxdur. Mənim varlığım kimə mane olur? Mənim sənətim var". 

Firuzə İbadova bu cür hadisələrin boş yerdən qaynaqlanmadığını əlavə edib:

"Həmişə doğrunun yanında olmuşam. Mənim heç kəslə ədavətim yoxdur".

Qeyd edək ki, Əməkdar artist Firuzə İbadova verilişlərin birində qonaq olarkən efirdən qızına sevgi dolu sözlər deyib. Bu isə sosial şəbəkədə tənqid olunub. Belə ki, videoda Firuzə İbadovnın qızının adını çəkməsi kəsilərək, onu əks cinsin nümayəndəsinə ünvanlayırmış kimi təqdim edilib. Baş verənlər Firuzə İbadovanı əsəbləşdirib və sənətçi xəstəxanaya yerləşdirilib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->