"Belə yubileylər dövlət səviyyəsində qeyd edilir. Amma məni sayıb, 70 illik yubileyimi keçirən olmadı".
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Firuzə İbadova deyib. Sənətçi yubileyinin dostları tərəfindən keçiriləcəyini bildirib:
"Yubileyimi keçirmədim. Bu gün dostlarım istəyir ki, mənə nəsə eləsinlər. Zəng ediblər ki, gəlin yubileyi qeyd edək. Yubileyimlə bağlı aidiyyatı qurumlardan, konkret desək Mədəniyyət Nazirliyindən və şəxsən nazir Adil Kərimlidən mənə heç bir təbrik gəlməyib".
Hamını təbrik edən mədəniyyət naziri Adil Kərimlinin Firuzə İbadova sənətinə niyə biganə qalıb? Əməkdar artist bu sualın cavabını özü də bilmədiyini vurğulayıb:
"Bilmirəm. Səbəb nə ola bilər? Ümumiyyətlə, heç bir səbəb ola bilməz. Əxlaqımla, sənətimlə, insanlara qarşı xoş ünsiyyətimlə həmişə seçilmişəm və qarşılığında diqqət görmüşəm. Başqa nə ola bilər? Yenə sağ olsun, Fazil Mustafanı, mənim yubileyimi təbrik etdi. Mədəniyyət nazirinin bundan xəbəri yox idisə, ən azından sosial şəbəkədən məlumat almış olardı. Bilmirəm, mənə qarşı biganəliyin kökündə nə dayanır. Sənətimə qarşı olan tərbiyyəni həmişə qoruyub saxlayacam".
Bahar Rüstəmli
Şərhlər