"Bu gün çox yerlərə, məsələn işğaldan azad olunan bölgələrə baxanda özünü səhrada hiss edirsən".
Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin "Çaylarımızda və Xəzər dənizində suyun azalması, səhralaşma kimi problemlər meydana çıxıb" fikirlərinə münasibət bildirərkən deyib.
Ekoloq səhralaşmanın bir neçə növü olduğunu qeyd edib:
"Bərpa olunan, bərpa olunmayan, qismən bərpa olunan və s. Onu bərpa etmək üçün uzun illər lazımdır. Dünyanın diqqəti nəhayyət ki, qlobal problemə gəlib çıxıb. İqlim dəyişikliyi region üçün problemlər yaradır. Həmin region da bütün dünyaya təsir edir. Çünki bunlar bir-biri ilə bağlıdır. Belə olan vəziyyətdə əhalinin sayı artır, ərzaq məhsulları azalır".
Xosrov Musayev 10 ildir ki, bu problemdən danışdığını desə də, onun fikirlərinə əhəmiyyət verilmədiyini təəssüflə bildirib:
"Adamlar fikirlərimi qəbul etmək istəmirdilər. Deyirik, dediyimizi təsdiq edə bilmirik. Xəzər dənizi görün neçə metr geri çəkilib. Həmişə demişəm ki, təbii fəlakətlər get-gedə artacaq. Xəzər dənizində suyun azalması onu qidalandıran çayların suyunun azalmasıdır. Bu, elmdir, biz faktdan danışırıq. Gələcəkdə Azərbaycanı böyük su problemi gözləyir. Buxarlanma 2,7 dəfə çoxdur. Nəticədə nə baş verəcək? Quraqlıq çoxalacaq".
Bahar Rüstəmli
Şərhlər