Xəbər lenti

Ekoloq:
Ölkə 22:36 26.07.2024

Ekoloq: "Aramsız yağışların yağması müsbət hadisədir"

"Bu gün Azərbaycanda dağlıq rayonlarda daşqın və sel xarakterli yağışlar yağacaq. Bunun əsas səbəbi dünyada baş verən iqlim dəyişikliyidir. Atmosferin çirklənməsi sonda iqlim dəyişikliyinə səbəb olur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev deyib. 

O, Azərbaycanda aramsız yağışların yağmasını müsbət hadisə hesab edir:

"Bəzi yerlərdə tamamilə quraqlıqdır. Digər ərazilərdə isə yağışlar intensiv xarakterlidir. Biz quraqlıq ərazilərdə yerləşirik. Xüsusi ilə yay aylarında yağıntının miqdarı kəskin şəkildə aşağı düşür. Bu da kənd təsərrüfatında əsas məhsuldarlığa təsir göstərir. Bu yağışların çox böyük faydası var". 
 


Xosrov Musayev yağışdan sonra müşahidə olunan dəhşətli istilərin səbəbini də izah edib:

"Yay yağışıdır, kəsən kimi güclü istilər olur. Yağış da distrilizə olunmuş su kimidir, tez buxarlanır. Hətta bir yerə yağıntı çox düşür, digər ərazi tamamilə quraqlıq olur.Fəsadları da göz qabağındadır". 

Ekoloq  bildirib ki, yağış suları Azərbaycan üçün çox əhəmiyyətlidir:

"Azərbaycanda həmişə iyul və avqust aylarında yağıntının miqdarı aşağı olub, bəzən isə heç bu aylarda yağıntılar olmayıb. Odur ki, nə qədər yağıntıların miqdarı çox olsa, bir o qədər kənd təsərrüfatına xeyri olar". 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->