Xəbər lenti

Şəhid ailəsi üçün Prezident təqaüdünü neçə nəfər alır? (RƏSMİ)
Ölkə 13:00 28.08.2024

Şəhid ailəsi üçün Prezident təqaüdünü neçə nəfər alır? (RƏSMİ)

Azərbaycanda şəhid ailəsi üçün təyin olunmuş Prezident təqaüdü alan şəxslərin sayı açıqlanıb.

Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib ki, 2024-cü il iyulun 1-i vəziyyətinə şəhid ailəsi üçün Prezident təqaüdü 18 493 nəfərə təyin edilib. Təqaüdün bir nəfərə düşən orta aylıq məbləği 385,35 manat təşkil edib.

Xatırladaq ki, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir:

- arvadına (ərinə);
-  valideynlərinə;
-  18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına;
-  uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;
- qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə.

Şəhidin ailə üzvləri tədris müəssisələrində əyani təhsil aldıqda, həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək ödənilir.

"Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.

Şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->