Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) özünü buraxdığını elan edib. Yeni bir təşkilatın Azərbaycan Kinematoqraflar Birliyinin yaradılması ilə bağlı qərar qəbul olunub. Bir neçə gündən sonra bununla bağlı qurultayın keçirilməsi gözlənilir. Bu məqamda özünü buraxmış iki ittifaqın keçmiş sədrləri: AKİ-nin sədri Rasim Balayev və ARKİ-nin sədri Şəfiqə Məmmədova qanunsuz şəkildə öz namizədliklərini irəli sürüblər.
Belə olan halda sual olunur, özünün buraxmış ittifaqlar necə yenidən namizəd irəli sürə bilər?
Məsələ ilə bağlı Xalq artisti, görkəmli aktyor və rejissor Ənvər Həsənov Manset.az-a açıqlamasında bildirib ki, səhhətimlə bağlı özümü nə qədər nasaz hiss etsəm də qurultaya gəlib iştirak edəcəyəm.
Ənvər Həsənov qeyd edib ki, Şəfiqə xanımın kinoya heç bir dəxli yoxdur. O, teatr aktrisadır və getsin aktrisalığını etsin.
"O, gözəl xanım və gözəl aktrisadır. Ancaq kino ilə bağlılığı təəssüflər olsun ki, yoxdur. Rasim Balayev isə 73-cü ildən kinoda işləyir. Bu sahə ilə bağlı biliyə malikdir. Lakin həm Şəfiqə xanım, həm də Rasim bəy mənim kimi qocalıblar. Şəfiqə xanım ilə iki-üç filmdə birlikdə işləmişəm. Mən 5 ildi pensiyaya çıxmışam. Mənim vaxtımda Şəfiqə Məmmədova sədr seçildi. Özdə mən ona səs vermişəm. O vaxt məndən çox xahiş etdilər. Dedilər ümidiz, dayağımız olacaq. Məni buna vadar elədilər. Mən də ona səs verdim. Məndən sonra da dostlarım hamısı ona səs verdi və Şəfiqə xanım seçildi. Mən ordan işdən çıxanda həm aktyor, həm rejissor, həm də kino yayım şöbəsinin müdiri idim "
"Şəfiqə aktyorlara bir dəfə əl tutmadı, Azərbaycan filminə bir dəfə kömək etmədi. Mənim yeganə namizədim Kino fondunun müdiri və keçmiş kinostudiyanın redaktoru Cəmil Quliyevdir. Həm ədibdi, həm rejissordu. Sənəti bilir, sənətə və sənətkara qiymət verir”.
Şərhlər