Xəbər lenti

Dünyanın ən titullu voleybol məşqçisi Rekordlar Kitabına düşmək istəyir
İdman 23:39 19.08.2024

Dünyanın ən titullu voleybol məşqçisi Rekordlar Kitabına düşmək istəyir

Dünyanın ən titullu voleybol məşqçisi, "Uraloçka-NTMK"nın prezidenti və qadın klubunun baş məşqçisi Nikolay Karpol rekord qırmaq və Ginnesin Rekordlar Kitabına düşərək karyerasını bitirmək istədiyini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Karyeramı bitirməyi düşünürəm, amma daha bir il əlavə edəcəyəm. İndi karyeramın 54 yaşı var, bir sonra 55 yaşı olacaq. Əvvəlki rekord amerikalı Koney Maka məxsusdur. O, 1901-ci ildən 1950-ci ilə kimi eyni komandada çalışıb", deyə mütəxəssis bildirib.

86 yaşlı Karpol 1969-cu ildən "Uraloçka-NTMK"nın məşqçisidir. Onun rəhbərliyi altında klub 11 dəfə SSRİ çempionu, 14 dəfə Rusiya çempionluğu, həmçinin 8 dəfə Avropa Çempionlar Kubokunun qalibi olub. Hazırda məşqçi nəvəsi ilə birlikdə klubda çalışır.

2009-cu ildə o, Voleybol Şöhrət Zalına daxil edilib, həmçinin çoxlu sayda orden və fərqlənmə nişanları ilə təltif olunub.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->