Ukrayna ordusu Britaniya kəşfiyyat xidmətləri ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində hücum əməliyyatı hazırlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin üzvü Adalbi Şxaqoşev RİA Novosti-yə müsahibəsində bildirib.
"Böyük Britaniya bütün bu cür hücumlarda iştirak edib. İngilis dili eşidilirdi”, - deyə deputat bildirib.
Parlamentari "sülh istəməyən” və fəal şəkildə "qarşıdurma alovunu yandırmağa” çalışan "bir çox ölkələrdə şahinlərdən” şikayətlənib. O, həmçinin "həm hərbi, həm də siyasi baxımdan çox ağrılı” olacaq "strateji cavabla” hədələyib.
Xatırladaq ki, Ukrayna ordusu avqustun 6-da səhər saat 8 radələrində Kursk vilayəti ərazisinə daxil olub. Avqustun 7-si axşam saatlarına olan məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Kursk yaxınlığında ən azı 11 yaşayış məntəqəsini, eləcə də "Qazprom”un Avropaya tədarükünün təxminən yarısını təmin edən Sudja qazölçmə stansiyasını nəzarətə götürüb.
"Agentstvo” nəşrinin hesablamalarına görə, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində keçirilən əməliyyat zamanı Rusiya ərazisinin 350 kvadrat kilometrə qədərini işğal edib.
Nizami Bağırov
Şərhlər