Xəbər lenti

Duda prezidentlik müddətini başa çatdıqdan sonra nə edəcək?
Dünya 14:39 22.09.2023

Duda prezidentlik müddətini başa çatdıqdan sonra nə edəcək?

2024-cü ildə Polşada yeni prezident seçkiləri keçiriləcək və bu zaman Anjey Dudanın səlahiyyət müddəti başa çatacaq. Ölkə konstitusiyasına görə, bir şəxs ardıcıl iki dəfədən artıq prezident postunu tuta bilməz. Bəs Duda bundan sonra nə edəcək:

Qaynarinfo xəbər verir ki, Polşanın hazırkı prezidenti oktyabrın 15-nə təyin edilmiş seçkilərdə hətta parlamentə seçilməyi də planlaşdırmadığını deyib.

"Mən seçkilərdə iştirak etməyəcəm. Güman edirəm ki, 2020-ci il prezident seçkiləri mənim həyatımda iştirak etdiyim son seçkilər olub”, deyə Polşa lideri "Possat TV"nin efirində bildirib.

2015-ci ildə Polşada keçirilən prezident seçkilərində Duda qalib gəlib və Bronislav Komorovskinin yerini tutub. 2020-ci ildə Duda ikinci müddətə yenidən seçilib.

Duda prezidentlik karyerasına qədər mühafizəkar Hüquq və Ədalət Partiyasının üzvü olub, 2014-2015-ci illərdə isə bu partiyadan Avropa Parlamentinin deputat seçilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->