Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə Qaynarinfo-ya nazirliyin Mətbuat Xidməti məlumat verib.
Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunublar.
20:55
Xırdalanda DOST Mərkəzinin yerləşdiyi binada güclü yanğın başlayıb.
Qaynarinfo xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesinin 7-ci kilometrliyində yerləşən Gənclər şəhərciyində qeydə alınıb.
Yanğınla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Şərhlər