Məşhur ingilis futbolçu Devid Bekhemin oğlu Romeo İngiltərə çempionatında top qovacaq.
Qaynarinfo xəbər verir ki, futbolçu mövsümün sonuna qədər Premyer Liqa təmsilçisi "Brentford"un B komandasında icarə əsasında çıxış edəcək.
2021-ci ildən atasının rəhbərlik etdiyi MLS təmsilçisi "İnter Mayami"nin heyətində yer alan 20 yaşlı Romeo ötən mövsüm klubun 2-ci komandasının heyətində meydana çıxdığı 20 oyunda 2 qol vurub və 10 məhsuldar ötürmə edib.
"Brentford B"nin baş məşqçisi Nil Makfarleyn 20 yaşlı Romeodan razı qaldıqlarını və gənc futbolçunun inkişaf etdiyini bildirib.
Romeo Bekhem daha əvvəl "Arsenal"ın akademiyasında çıxış edib.
Səbuhi Həsənov
Şərhlər