Devid Bekhem Mançester Yunayteddəki ilk günlərində sərfəli sponsorluq müqaviləsi imzaladıqdan sonra özünə hədiyyə olaraq 50.000 funt-sterlinq xərcləyib.
Qaynarinfo-nun məlumatına görə, "Mançester Yunayted"in ikonik "7 nömrə"si 1990-cı illərdə "Qırmızı Şeytanlar” akademiyasının ən istedadlı məzunlarından idi. Karyerası uğurlarla zəngin olan İngiltərə millisinin əfsanəsi müxtəlif sponsorlarla bir sıra gəlirli sövdələşmələr imzalayıb. Bunlardan birincisi Almaniyanın idman geyimləri nəhəngi "Adidas" idi. Bekhem sövdələşməyə görə böyük bir qonorar alsa da bu vəsait heç də uzun müddət onun əlində qalmayıb.
"Netflix"in çəkdiyi yeni sənədli filmdə danışan "Qırmızı Şeytanlar"ın keçmiş futbolçusu açıqlamasında, "Həmin mövsüm mənim üçün brendlərlə işləməyin başlanğıcı idi, ilk dəfə futboldan kənara çıxmışdım. O zaman çox futbolçu bunu etmirdi. Amma mən etdim və maaş aldım. Pulumu xərclədim, gözəl şeyləri bəyəndim. Pulum olan kimi gözəl saat almaq istəyirdim. "Adidas" ilə 50 min funt-sterlinqə müqavilə bağladım və həmin pula "BMW M3" aldım".
Bekhem "Adidas" ilə müqavilə bağladıqdan bir neçə həftə sonra "Mançester Yunayted"dəki komanda yoldaşlarından bəziləri banka pul yatırmaq qərarına gəldi. Mançester təmsilçisinin digər məşhur futbolçusu Fil Nevil, PSJ və "La Qalaksi"nin keçmiş cinah oyunçusu, komanda yoldaşlarının pullarına qənaət etdiyini biləndə xüsusilə açıq reaksiya verdiyini dedi. O, açıqlamasında, "Devid maaşını cümə günü alırdı şənbə günü xərcləyirdi və növbəti beş gününü yenə maaş gözləməyə sərf edirdi. Pul xərclə, pul xərclə, pul xərclə!".
Bekhemin sponsorluq imkanları təkcə "Adidas"la bitməyib. İngiltərə millsinin keçmiş kapitanı 1997-ci ildə Britaniyanın saç düzümü brendi "Brylcreem"lə də sərfəli müqavilə imzalayıb. O, həmçinin həyat yoldaşı Viktoriya Bekhemlə birlikdə ABŞ-da ətir brendi yaradıb. Bununla yanaşı bir sıra filmlərdə göründü! İspaniya nəhəngi "Real"da oynayarkən seriallarda rol alırdı. PSJ və futboldan ayrıldıqdan sonra isə o, MLS təmsilçisi "İnter Mayami"ni qurdu. Klub bu ilin əvvəlində ilk titulunu qazanıb və indi öz heyətində dünya futbolunun ən məşhur adlarından bəziləri ilə öyünə bilər.
Keçmiş "Barselona" üçlüyü Lionel Messi, Jordi Alba və Serxio Buskets yayda "İnter Mayami" ilə müqavilə imzalayıb. Onlara hələ də "Real"ın simvolu olan Luka Modriç də qoşula bilər. "İnter Mayami"nin 2018-ci ildə "Qızıl buts" mükafatına layiq görülmüş xorvat futbolçunu almaq istədiyi bildirilir.
Səbuhi Həsənov
Şərhlər