Xəbər lenti

Deputatın AZAL-la bağlı sualına nazirdən cavab:
Ekonomiks 13:18 06.06.2023

Deputatın AZAL-la bağlı sualına nazirdən cavab: "Qəbahət yoxdur"

Deputat Qüdrət Həsənquliyev AZAL-ın hesabında qalan 26 milyon manatla bağlı hökümətə sual ünvanlamışdı.

Qaynarinfo xəbər verir ki Milli Məclisin bu günkü iclasında maliyyə naziri Samir Şərifov deputatın sualına cavab verib.

Nazir bildirib ki, AZAL-a dövlət tərəfindən verilən subsidiyaların qalıq kimi bank hesabında qalmasında qəbahət yoxdur:
 
"Müəyyən dövlət şirkətərinə, xüsusilə də publik hüquqi şəxslərə iqtisadi dəstək tədbirləri çərçivəsində və ya yaranan zərərin qarşılanması üçün subsidiyalar yönəldilir.
 
Bu, həmin şirkətlər tərəfindən istifadə olunmalıdır. Amma bu o anlama gəlmir ki, bu şirkətlərin bank hesabları sıfırlanmalıdır. Bizdə olan məlumata görə, AZAL-ın bank hesabında ilin sonunda qalıq kimi 8,3 milyon manat qalıb".

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->