Xəbər lenti

Dünya 16:42 09.08.2024

"Dəmir Qübbə"yə qarşı "Polad Qübbə" - Türkiyə İsrailə rəqib olur (VİDEO)

Türkiyə "Polad Qübbə" adlı özünün çoxsəviyyəli hava hücumundan müdafiə sistemini yaratmaq planını açıqlayıb. Bu, İsrailin məşhur "Dəmir Qübbə"sinə rəqib olmalıdır.

Qaynarinfo "Breaking Defence" nəşrinə istinadən xəbər verir ki, yerli "Aselsal" şirkətinin baş direktoru Ahmet Akyol bu layihədə iştirak edəcəklərini təsdiqləyib. Həmçinin, "Roketsan", SAGE və MKE inkişafa qoşulacaq və layihənin koordinatoru SSB - Türkiyə Hökumətinin Müdafiə Sənayesi Müdirliyi olacaq.

Qurum qeyd edib ki, yeni hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemi süni intellekt funksiyasına malik şəbəkə mərkəzli kompleks olacaq. Layihəyə əsasən, kompleks ölkənin bütün hava məkanını "çox aşağı və çox yüksək hündürlüklərdə" və "çox qısa və uzun məsafələrdə" təhlükələrdən qoruyacaq. Akyol hətta bu inkişafı "sistemlər sistemi" adlandırıb.

Bildiyiniz kimi, əslində "Dəmir Qübbə" çoxsəviyyəli sistemin üç komponentindən yalnız biridir ki, bura da "David's Sling" və "Arrow" daxildir. Türkiyəli müdafiə eksperti Can Kasapoğlu qeyd edib ki, "Polad Qübbə" həm də radioelektron müharibə ilə tamamlanacaq hava hücumundan müdafiə və raket əleyhinə müdafiənin çoxsəviyyəli arxitekturasını təmsil edəcək.

"Bu, tək bir silah sistemi deyil, ən yaxşı atəş açan bütün sensorlar ilə inteqrasiya olunmuş müdafiə arxitekturasının bir növüdür", deyə Kasapoğlu bildirib.

Onun sözlərinə görə, bu eşelonlaşdırılmış raket əleyhinə müdafiənin inkişafı "pilotsuz təyyarələrdən və bütün növ raketlərdən ibarət qarışıq zərbə paketlərinin artması fonunda baş verir. Bu əməliyyat konsepsiyasının mənbəyi Rusiya-Ukrayna müharibəsi olub".

Akyol tərəfindən X-də yerləşdirilən sistemin qrafiki HiSAR, SiPER və GURZ daxil olmaqla, "Polad Qübbə"nin bir hissəsi ola biləcək müxtəlif hava hücumundan müdafiə sistemlərini göstərir, RADNET radar rabitə idarəetmə sistemi ilə əlaqələndirilir və HAKiM komanda və idarəetmə sistemi "Air" vasitəsilə idarə olunur. Sistem yerli olaraq hazırlanmış T-link vasitəsilə peyklə birləşdiriləcək.

Sistemin iHTAR, GOHBERK və ALKA lazer tıxacları ilə dronlara qarşı duracağı gözlənilir.

"Dəmir Qübbə" onilliklər ərzində fəaliyyət göstərsə də və son münaqişələrdə dron əleyhinə imkanlar əlavə etsə də, "Polad Qübbə" hələ sınaqdan keçirilməmiş, sınaqdan keçirilməli və istifadəyə verilməmiş əməliyyatlar anlayışıdır. Lakin bu mərhələlər uğurla başa çatarsa, bu, öz hava məkanını müxtəlif təhlükələrdən qorumağa çalışan bir çox ərəb və körfəz ölkələrinin marağını cəlb edə bilər", deyə nəşr qeyd edir.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->