Xəbər lenti

Davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarıldı
Ölkə 15:31 21.05.2024

Davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarıldı

Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin direktoru davranış qaydalarını pozduğuna görə işdən çıxarılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi açıqlama yayıb. 

Bildirilir ki, E.Mustafayev adına tam orta məktəblə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar müvafiq araşdırma aparılıb. 

Araşdırma nəticəsində məktəb direktoru tərəfindən kollektivə qarşı etik davranış qaydalarının pozulduğu və digər neqativ hallara yol verildiyi məlum olub. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə məktəb direktoru tutduğu vəzifədən azad edilib. 

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən məktəbin direktoru Tamella Bayramovaya qarşı təhsil müəssisəsinin qapılarını bağlayaraq şagird və müəllimləri çöldə qoyması, məktəb binasına sancılan bayrağın dəyişdirilməməsi və digər ittihamlarla bağlı videogörüntülər yayılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->