Xəbər lenti

Daha bir azərbaycanlı dünyanın ən varlı adamları siyahısında
Ekonomiks 10:33 06.04.2023

Daha bir azərbaycanlı dünyanın ən varlı adamları siyahısında

"Forbes” jurnalı Rusiyadan olan altı nəfəri dünya milyarderləri reytinqinə daxil edib. 

Yeni milyarderlər arasında əslən Qusardan olan azərbaycanlı Seyfəddin Rüstəmov da var.

O, "Metafraks” şirkətinin prezidentidir. Şirkət Rusiyada və Avropada ən iri metanol, formalin və sintetik qatranlar istehsalçısıdır.

Məlumata görə, Seyfəddin Rüstəmov hazırda Rusiyada 90-cı, dünya üzrə isə 2133-cü yerdədir. Onun sərvəti 1,3 milyard dollardır.

Seyfəddin Rüstəmov haqqında qısa məlumat: O, 17 iyun 1962-ci ildə Qusar rayonunda anadan olub. Rusiya Sosial-Humanitar İnstitutunu bitirib. İxtisaca iqtisadçıdır. Seyfəddin Rüstəmov hərbi xidməti başa vurduqdan sonra Rusiyaya üz tutub və o zamandan Moskvada yaşayır.

Əvvəllər kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan S.Rüstəmov 2000-ci ildən biznes sərhədlərini böyüdüb və energetika fondlarına, kommersiya və yaşayış təyinatlı daşınmaz əmlaka investisiya yatırmağa başlayıb. Rus mətbuatının verdiyi məlumatlara görə, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.

Hazırda "Metrafaks” Açıq Səhmdar Cəmiyyətinin majoritar səhmdarı olan "MetaHolding” şirkəti də onun idarəçiliyi altındadır. 2014-cü ildə "Metafraks”ın faktiki sahibi olub. Həmçinin "MetaHoldinq”in də Rusiyanın "Metafrax" şirkətinin əsas səhmdarı Seyfəddin Rüstəmovun rəhbərliyi altındadır.

"Metrafaks” 2017-ci ildə Rusiyanın Perm və Moskva vilayətlərində, habelə Avstriyanın Krems şəhərində istehsalat güclərinə malik olan hərtərəfli şirkətlər qrupuna çevrilib. O, Rusiyada və Avropada ən iri metanol, formalin və sintetik qatranlar istehsalçısıdır.

"Metrafaks”ın illik hasilatı 40 milyard rubldan (700 milyon dollara yaxın) çoxdur. Şirkətlər qrupunun illik investisiya həcmi 5 milyard rubla yaxındır. Şirkətin zavodları metanol, formalin, pentaeritrit, urotropin, sintetik qatran və digər adda kimya sənayesi məhsulları istehsal edir. Məhsullarını dünyanın 50-dən çox ölkəsinə satır. Büdcəyə ildə 2 milyard rubldan çox vergi ödəyir.//Musavat.com

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->