Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir.
Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib. Aydın Əlizadə apellyasiya mərhələsində də məğlub olub. Lakin hüquqi mübarizəsini davam etdirərək, Ali Məhkəməyə kassasiya şikayəti verib. Onun şikayətinə hakim Elşanə Vəliyevanın sədrliyi ilə baxılacaq.
Məlumat üçün deyək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professoru Elxan Allahverdiyev də Ali Attestasiya Komissiyasının məhkəməyə verib.
Professorun iddiasına Səbail Rayon Məhkəməsində hakim Rəna Qafarovanın sədrliyi ilə baxılacaq.
Seyid
Şərhlər