Xəbər lenti

Çində yarım milyondan çox korrupsioner məmur cəzalandırılıb
Dünya 17:00 26.10.2024

Çində yarım milyondan çox korrupsioner məmur cəzalandırılıb

Çin hüquq-mühafizə orqanlarının əməkdaşları korrupsiyaya qarşı genişmiqyaslı tədbirlər həyata keçiriblər və bu tədbirlər zamanı 589 min insan məsuliyyətə cəlb edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının İntizam Təftişi üzrə Mərkəzi Komissiyasının rəsmi saytında məlumat verilib.

"Ümumilikdə 2972 ​​iş əlavə araşdırmalar üçün prokurorluğa göndərilib", deyə məlumatda qeyd edilir.

Məlum olur ki, ümumilikdə, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə nəzarət orqanlarına vəzifəli şəxslərin qanunsuz fəaliyyəti ilə bağlı 2,703 milyon məktub və məlumat daxil olub. O cümlədən səlahiyyətli orqanlara 756 min şikayət edilib.

Eyni zamanda, komissiyanın məlumatına görə, korrupsiyaya görə cəzalandırılan 589 min vətəndaşdan 74 min nəfəri kənd və rayon səviyyəsində vəzifəli şəxslərdir. Müxtəlif idarə və büroların 2,7 mindən çox əməkdaşı, o cümlədən əyalət və nazirlik səviyyələrində 53 vəzifəli şəxs məsuliyyətə cəlb edilib.

Bu ilin sentyabrında Çində 52 yaşlı məmur Zonq Yanq mühakimə olunub. O, Quizhou Muxtar Prefekturasının qubernatoru vəzifəsində çalışıb. "South China Morning Post" qəzetinin yazdığına görə, qadın rəsmi mövqeyindən istifadə edərək 58 nəfəri özünə tabe edib. Üstəlik, Zonq Yanq siyasi karyerası ərzində ümumilikdə 8,5 milyon dollar rüşvət alıb, nəticədə o, 13 il müddətinə azadlıqdan məhrum edilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->