Britaniya supercasusu Ceyms Bond haqqında Yan Fleminqin romanları əsasında çəkilmiş filmlərin taleyi məlum olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times"
yazır.
Nəşr qeyd edir ki, casus haqqında 25-ci filmin nümayişindən üç il sonra Bond filmindən ayrılan Daniel Kreyqi əvəz edə biləcək nə senari, nə rejissor, nə də aktyor var.
Qəzetin hesablamalarına görə, çəkilişlər "sabah” elan olunsa belə, filmin istehsalı ən azı iki il çəkəcək.
Məlumatlı mənbələr bildiriblər ki, istehsalçılar maliyyə modelindəki dəyişikliklərə görə françayzinqin davam etdirilməsini gecikdirirlər.
Beynəlxalq James Bond Fan Klubunun keçmiş prezidenti Ajay Çoudxuri xatırladıb ki, Amazon 2021-ci ildə Ceyms Bond filmlərinin hüquqlarına sahib olan MGM studiyasını 8,5 milyard dollara alıb. İndi Bond müəllifləri Barbara Brokkoli və Maykl Uilsonun sözlərinə görə, onları bir-bir buraxmaq əvəzinə eyni vaxtda üç və ya dörd yeni film planlaşdıra bilər.
İlk Bond filmi "Dr. No" 1962-ci ildə ekranlara çıxıb. Kreyqdən başqa, Şon Konneri, Corc Lezenbi, Rocer Mur, Timoti Dalton və Pirs Brosnan illər ərzində supercasus rolunu oynayıblar.
Bir gün əvvəl Lana del Rey Ceyms Bond filmi Spectre-nin titrləri üçün mahnı yazdığını təsdiqləyib, lakin Bond müəllifləri treki rədd edib.
Alpər
Şərhlər